• Bakı
    4.12 m/s
  • 0
  • 0
  • 0
  • 0

Teatr-kino 26 sentyabr 2022
0
Füzuli Dövlət Dram Teatrı mövsümü "Yaddaş" tamaşası ilə açıb - FOTO

Füzuli Dövlət Dram Teatrı XXXIII mövsümü Akif Həsənoğlunun "Yaddaş" tamaşası ilə açıb.

Teatrın mətbuat xidmətindən "NewsCafe"yə verilən məlumata görə, tamaşadan öncə vətənin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev teatrın XXXII mövsümündəki nailiyyətləri haqqında ümumi məlumat verib və yeni mövsümdə kollektivə uğurlar arzulayıb.

Daha sonra A.Həsənoğlunun "Yaddaş" tamaşası Horadiz şəhər 2 N-li tam orta məktəbin şagirdlərinə nümayiş olunub.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Səhnə əsərində rolları Qaçaq Qarayev, Sehran Xanlarov, İntizar Quliyeva, Sevinc Məmmədova, Gülnar Hüseynova, Əli Hüseynov və başqaları ifa edir.

Tamaşa Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərə həsr olunub. Müharibə mövzusuna həsr olunmuş tamaşa Azərbaycan əsgərinin yüksək vətən sevgisini və parlaq qələbəsini bədii şəkildə əks etdirir.

Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930