• Bakı
    6.17 m/s
  • 0
  • 0
  • 0
  • 0

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin sədrinə iki yeni müavin təyin olunub

İnfrastruktur 26 sentyabr 2022
0
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin sədrinə iki yeni müavin təyin olunub

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədrinə iki yeni müavin təyin olunub.

"NewsCafe" xəbər verir ki, bunlar indiyə qədər ASCO-nun Hüquq departamentinin rəisi işləyən Zaur Nağıyev, eləcə də Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi olan Tariyel Mirzəyevdir.

Z.Nağıyev 1982-ci ildə anadan olub, 2004-cü ildə Bakı Dövlət Universitetini “Hüquqşünaslıq” ixtisası üzə bakalavr, 2006-cı ildə isə magistr pilləsində fərqlənmə diplomu ilə bitirib, 2015-ci ildə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin təşkil etdiyi “Biznesin idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi alıb, 2008-ci ildə isə Böyük Britaniyanın Sauthempton Universitetinin Beynəlxalq dəniz hüququ üzrə intensiv təhsil proqramını bitirib.

O, 2005-2008-ci illərdə və 2009-2013-cü illərdə BMT-nin ayrı-ayrı təşkilatlarında (UNHCR, WFP və UNICEF) hüquq və idarəetmə sahəsində müxtəlif vəzifələrdə, o cümlədən xarici missiyalarda çalışıb, 2008-2009-cu illərdə və 2013-2014-cü illərdə Dövlət Neft Şirkətinin (SOCAR) Hüquq idarəsində böyük hüquq məsləhətçisi və vitse-prezidentin müşaviri işləyib, 2014-cü ildən ASCO-nun departamentinin rəisi vəzifəsində çalışmaqla bərabər, ADA Universitetinin Hüquq fakültəsində və Azərbaycan Dövlət Dəniz Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.

Z.Nağıyev Azərbaycan Vəkillər Kollegiyasının üzvü, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının beynəlxalq ekspertidir, ölkə prezidentinin 23 iyun 2017-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. 2018-ci ildə isə “ASCO-nun 160 illiyi (1858-2018)” yubiley medalı ilə təltif edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.

T.Mirzəyev isə 1986-cı ildə anadan olub, 2008-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Mühəndis iqtisadiyyatı və idarəetmə” fakültəsini Prezident təqaüdçüsü kimi fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə Akademiyaa “Biznesin təşkili və idarə olunması” ixtisasını və 2017-2019-cu illərdə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin təşkil etdiyi “Biznesin idarəedilməsi” ixtisasını Fərqlənmə diplomları ilə bitirərək magistr dərəcəsi alıb, 2020-2021-ci illərdə Okford Universitetinin “Strategy and İnnovation” proqramını bitirib.

O, 2010-2014-cü illərdə “Ernst&Young” şirkətinin yerli filialında audit və məsləhətçi xidmətlərində müxtəlif vəzifələrdə çalışıb. 2014-cü ildən ASC-nun Strateji inkişaf və investisiya layihələri departamentində aparıcı iqtisadçı, daha sonra departement rəisinin müavini və departament rəisi kimi fəaliyyətini davam etdirib, 2018-ci ildə “ASCO-nun 160 illiyi (1858-2018)” yubiley medalı ilə təltif edilib, İkinci "Yüksəliş" müsabiqəsinin finalçısı olub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, bir övladı var.

Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930