. Şahin BAğırov Səfər Mehdiyevin qohumunu işdən çıxartdı . . Məmməd Abbasbəyli: “Tenderi məmurun şirkəti deyil, rəqabətli təklif vermiş biznes qurumu udmalıdır” . . Ana qanunumuz: müasir dövrün ən mütərəqqi Konstitusiyası . . Azərbaycanda kriptovalyuta kartları ilə alış-veriş edilməsi mümkün olacaq . . Qazimiz Respublika Klinik Xəstəxanasının rəhbərliyinə minnətdarlığını bildirib .

Baş Prokurorluq: "Yevlaxda polisin məktəblini döyməsi iddiası araşdırılır"

Tural İbadlı Əməliyyat-axtarış 21 sentyabr 2022
0
Baş Prokurorluq: "Yevlaxda polisin məktəblini döyməsi iddiası araşdırılır"

Yevlax rayonunda polisin məktəblini döyməsi iddiası araşdırılır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib. 

Məlumata görə, Yevlax şəhəri S.Əliyev adına 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Emil Əliyevə (şərti ad və soyad) Yevlax Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Qeyd edək ki, Yevlax rayonunda yaşayan bir nəfər rayon polis şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib. Qarşı tərəf isə azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyüldüyünü idda edib. Müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. 

Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930