• Bakı
    16°
    1.03 m/s
  • 0
  • 0
  • 0
  • 0

"Bakcell" və "Nar" operatorlarının şəbəkələrində texniki nasazlıq aradan qaldırılıb

HiTech 21 sentyabr 2022
"Bakcell" və "Nar" operatorlarının şəbəkələrində texniki nasazlıq aradan qaldırılıb

Bu gün axşam saatlarında "Bakcell" və "Nar" mobil operatorlarının şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.

Bu barədə "NewsCafe"yə hər iki şirkətindən bildirilib.

"Artıq abunəçilərimiz rahatlıqla "Bakcell" xidmətlərindən istifadəyə davam edə bilərlər. Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək. Bu müddət ərzində göstərdikləri anlayışa görə dəyərli abunəçilərimizə təşəkkür edirik!", - "Bakcell"in açıqlamasında deyilir.

"Şəbəkə xidmətlərimizdə yaranan müvəqqəti çətinlik bütün ölkə ərazisində tamamilə aradan qaldırılıb. Xidmətlərimizin təqdim olunmasında yaranan fasiləyə görə abunəçilərimizdən üzr istəyirik", - "Nar"ın yayadığı məlumatda qeyd olunub.

Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930