• Bakı
    16°
    1.03 m/s
  • 0
  • 0
  • 0
  • 0

Əli Həsənovun qardaşı oğlu işdən çıxarıldı

Daxili xəbərlər 20 sentyabr 2022
0
Əli Həsənovun qardaşı oğlu işdən çıxarıldı

Dövlət Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarılıb.
"NewsCafe" xəbər verir ki, DGK-nın sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrlə Əməliyyat və İstintaq Baş İdarəsində əməliyyat idarəsinin rəis müavini, polkovnik Anar Həsənov işdən çıxarılıb.
Onun son dövlər Gömrük Komitəsində başlanılan genişmiqyaslı cinayət işi ilə əlaqədar çıxarıldığı bildirilir.
A. Həsənov Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qardaşı oğludur.
Polkovnikin çalışdığı idarənin inzibati binası da (Yasamal rayonu, 525 məhəllə, Mətbuat prospekti 23) Əli Həsənova məxsusdur.
Qeyd edək ki, A.Həsənovun atası İsa Həsənov uzun illər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.
Ə. Həsənov vəzifəsindən azad olunandan bir müddət sonra o da müvafiq əmrlə işdən çıxarılıb.

@BakuPost.az

Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930