• Bakı
    18°
    1.03 m/s
  • 0
  • 0
  • 0
  • 0

Salyan Rayon Məhkəməsinin sədri barəsində səsləndirilən şikayətlər nəzarətə götürülüb

Parlament xəbərləri 19 sentyabr 2022
0
Salyan Rayon Məhkəməsinin sədri barəsində səsləndirilən şikayətlər nəzarətə götürülüb

Milli Məclisin deputatı Jalə Əhmədova Salyan Rayon Məhkəməsinin sədri Muradağa Qasımovla bağlı sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirib, bundan sonra həmin şikayət nəzarətə götürülüb.

NewsCafe”nin xəbərinə görə, bu barədə Milli Məclisin 59 saylı Salyan seçki dairəsininn deputatı Jalə Əhmədova özü feysbuk səhifəsində məlumat verib.

“Qəbul zamanı seçicilərimin Salyan rayon Məhkəməsinin sədri Muradağa Qasımovla bağlı səsləndirdikləri şikayətlərlə bağlı sosial şəbəkə hesablarımda etdiyim paylaşımlara dərhal reaksiya verən və artıq məsələni nəzarətə götürdüklərini bildirən aidiyyatı dövlət orqanının rəhbər şəxslərinə dərin təşəkkürümü bildirirəm.

Təəssüf edirəm ki, məhkəmə-hüquq sistemində aparılan uğurlu islahatlara kölgə salan bəzi şəxslər bunun fərqində deyillər və onlara göstərilmiş etimadı layiqincə dəyərləndirə bilmirlər”, - deputat qeyd edib.

Qeyd edək ki, J.Əhmədova bu gün səhər saatlarında M.Qasımovla bağlı tənqidi fikirlər bildirmişdi: "Qəbul zamanı seçicilərimin Salyan rayon Məhkəməsinin sədri Muradağa Qasımovla bağlı səsləndirdikləri şikayətlər də məhz bu istiqamətdədir – Muradağa müəllim məhkəmə-hüquq sistemini özününküləşdirib! Deyəsən M.Qasımov ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirildiyini və məhkəmənin qəbul etdiyi qərarların dövlətin adından çıxarıldığını unudub. Bəs, görəsən vətəndaşa “get, hara istəyisən şikayət et”, deyən Muradağa müəllim, bununla dövlətimizin nüfuzuna xələl gətirdiyini bilirmi? Yoxsa şəxsi mənafeyini daha üstün hesab edir?! Salyan rayon Məhkəməsinin sədri Muradağa Qasımov unutmasın ki, hər bir məmur xalqın xidmətçisidir!"

Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930