. Şahin BAğırov Səfər Mehdiyevin qohumunu işdən çıxartdı . . Məmməd Abbasbəyli: “Tenderi məmurun şirkəti deyil, rəqabətli təklif vermiş biznes qurumu udmalıdır” . . Ana qanunumuz: müasir dövrün ən mütərəqqi Konstitusiyası . . Azərbaycanda kriptovalyuta kartları ilə alış-veriş edilməsi mümkün olacaq . . Qazimiz Respublika Klinik Xəstəxanasının rəhbərliyinə minnətdarlığını bildirib .

Sabahın havası açıqlanıb

Tural İbadlı Ekologiya 19 sentyabr 2022
0
Sabahın havası açıqlanıb

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən NewsCafe"yə verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-30° isti, Bakıda gecə 21-23° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-18° isti olacaq.

Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930