• Bakı
    4.12 m/s
  • 0
  • 0
  • 0
  • 0

Energetika 12 sentyabr 2022
0
Qubanın iki kəndinin elektrik şəbəkəsi yenidən qurulur - VİDEO

“Azərişıq” ASC Quba rayonunun Tülər düzü və Tülər kəndlərinin elektrik şəbəkəsini yenidən qurur.

Bu barədə NewsCafe”yə qurumdan bildirilib.

Məlumata görə, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən həyata keçirilən investisiya layihəsi çərçivəsində adıçəkilən kəndlərdə ümumilikdə 7 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 6 km-a yaxın 10 kV-luq, 16 km-dan çox 0,4 kV-luq elektrik xətləri yenilənəcək. Nəticədə 1000-ə yaxın sakin keyfiyyətli elektrik enerjsi ilə təmin olunacaq.

Qubanın 4 kəndində - Aşağı Tüləkəran, Yuxarı Tüləkəran, Suxtakələ və Əski-İqriq kəndlərində isə işlər yekunlaşıb. Artıq yenilənmiş şəbəkə abonentləri keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edir. 1000-dən artıq sakini olan 4 kənddə ümumilikdə, 7 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 7 km-a yaxın 10 kV-luq, 14 km-dan artıq 0,4 kV-luq elektrik xətti yenilənib. Abonentlərin sayğacları dəyişdirilib.

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. Mərhələli şəkildə kəndlərin, xüsusilə ucqar ərazilərin elektrik şəbəkəsi tam yenilənir.

Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930