• Bakı
    6.17 m/s
  • 0
  • 0
  • 0
  • 0

Azərbaycanda 4 rayon prokuroruna müavinlər təyin edilib

Daxili xəbərlər 06 sentyabr 2022
0
Azərbaycanda 4 rayon prokuroruna müavinlər təyin edilib

Azərbaycanda Nərimanov, Suraxanı, Qaradağ Quba rayonlarının prokurorlarına yeni müavinlər təyin edilib.

"NeüsCafe" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib.

Quba rayon prokurorunun müavini Pərviz Nərimanov tutduğu vəzifədən azad edilərək Bakı şəhər Qaradağ rayon prokurorunun müavini vəzifəsinə təyin olunub.

Habelə, Xaçmaz rayon prokurorunun böyük köməkçisi İsbəndiyar İsgəndərov vəzifəsindən azad edilərək Quba rayon prokurorunun müavini təyin olunub.

Bundan başqa, Nərimanov rayon prokurorunun müavini Elgiz Qənizadə vəzifəsindən azad edilərək Suraxanı rayon prokurorunun müavini təyin olunub.

Həmçinin Tural Haqverdiyev Bakı şəhəri Nərimanov rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.

Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930