• Bakı
    6.17 m/s
  • 0
  • 0
  • 0
  • 0

Tarif Şurasının radiotezliklərlə bağlı səlahiyyəti ləğv edilib

Rəsmi xəbərlər 26 avqust 2022
0
Tarif Şurasının radiotezliklərlə bağlı səlahiyyəti ləğv edilib

Prezident İlham Əliyev “Telekommunikasiya haqqında” qanunun tətbiq edilməsi barədə” 9 avqust 2005-ci il tarixli fərmanında dəyişiklik edib.

"NewsCafe" xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, radiotezliklərlə bağlı qərar vermək səlahiyyəti Tarif (Qiymət) Şurasından alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib. Amma bu qərarlar İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmalıdır.

Telekommunikasiya xidmətləri ilə bağlı qərarları isə Tarif Şurası qəbul edəcək.

Oxşar xəbərlər
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031