Sürücülərin diqqətinə - bu küçə və prospektdə bağlanacaq

Tural İbadlı İnfrastruktur 25 avqust 2022
0
Sürücülərin diqqətinə - bu küçə və prospektdə bağlanacaq

"Bu gündən paytaxtın Tblisi prospekti ilə Şəfayət Mehdiyev küçəsinin kəsişməsindən Azər Əliyev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılacaq".

Bu barədə "NewsCafe"yə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

Baş inspektor bildirib ki, buna səbəb "Azərsu" ASC-yə məxsus 160 metr yararsız su xəttinin yeniləməsidir: "Bununla bağlı qeyd olunan yollar 25 avqust 18:00-dan 27 avqust saat 08:00-a qədər bağlı olacaq. Həmin müddətdə Tblisi prospektindən hərəkət yalnız Şəfayət Mehdiyev küçəsinə istiqamətinə mümkün olacaq".

"Yol polisi sürücülərdən görülən işlərlə bağlı səbirli olmağı, yol hərəkəti qaydalarına əməl etməklə təyin olunmuş istiqamətlərdə hərəkət etməyi xahiş edib", - DYP rəsmisi vurğulayıb.

Oxşar xəbərlər
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031