• Bakı
    6.17 m/s
  • 0
  • 0
  • 0
  • 0

Daxili xəbərlər 25 avqust 2022
0
Azərbaycanın Baş naziri Qırğızıstanda səfərdədir - FOTO

Azərbaycanın Baş naziri Əli Əsədov avqustun 25-də Qırğızıstana işğüzar səfərə gedib.

Bu barədə “NewsCafe"yə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Səfər Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarovun dəvəti ilə baş tutub.

Azərbaycanın Baş nazirini İssık-Kul Beynəlxalq Hava Limanında Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev qarşılayıb.

Ə.Əsədov avqustun 25-26-da Çolpon-Ata şəhərində keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında qonaq qismində iştirak edəcək. Toplantıda bir sıra aktual məsələlər müzakirə olunacaq.

Eyni zamanda Azərbaycanın Baş naziri səfər çərçivəsində bir sıra ölkələrin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.

Oxşar xəbərlər
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031