• Bakı
    6.17 m/s
  • 0
  • 0
  • 0
  • 0

Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsində dəyişikliklər edilib

Ekologiya 23 avqust 2022
0
Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsində dəyişikliklər edilib

Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsində dəyişikliklər edilib.

"NewsCafe" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Sənədə əsasən, Nizamnamədə aşağıdakı dəyişikliklər olunub:

1. 2-ci hissənin adında “fəaliyyət” sözü “fəaliyyətinin” sözü ilə əvəz edilsin.

2. 2.1-ci bənd ləğv edilsin.

3. 3.1.1-ci yarımbənddə “qanunvericilik aktlarının” sözləri “normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin.

4. 3.1.23-cü yarımbənd, 4.3-cü və 4.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“3.1.23. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;”;

“4.3. İdarə Heyəti Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun müavini daxil olmaqla 3 üzvdən ibarətdir.

4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müavini icra edir.”.

5. 4.5.5-ci yarımbənd ləğv edilsin.

6. 4.5.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.5.7. Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin təsdiq edilməsi, o cümlədən Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsi məqsədilə Nazirliyə təkliflər vermək;”.

7. 4.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“4.6. İdarə Heyətinin sədri ayda bir dəfədən az olmayaraq İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.”.

8. Aşağıdakı məzmunda 4.6-1 – 4.6-3-cü bəndlər əlavə edilsin:

“4.6-1. İdarə Heyətinin üzvlərinə və İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.6-2. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ daxil edilərsə, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.6-3. İclasın gündəliyinə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.”.

9. 4.7.7-ci yarımbənddə “Agentliyin” sözü “Özünün və Agentliyin struktur bölmələrinin” sözləri ilə əvəz edilsin.

10. 4.7.8-ci yarımbənddə “əməkhaqqı fondu” sözləri “əməyin ödənişi fondu” sözləri ilə, “ştat cədvəlini, habelə” sözləri “strukturunu, ştat cədvəlini və” sözləri ilə əvəz edilsin.

11. 4.7.9-cu yarımbənddə “əməkhaqqı fondu” sözləri “əməyin ödənişi fondu” sözləri ilə əvəz edilsin.

12. Aşağıdakı məzmunda 5.4-1-ci bənd əlavə edilsin:

“5.4-1. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülür.”.

Oxşar xəbərlər
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031