• Bakı
    4.12 m/s
  • 0
  • 0
  • 0
  • 0

Azərbaycanın bir neçə ölkədəki səfiri geri çağırılıb

Rəsmi xəbərlər 19 avqust 2022
0
Azərbaycanın bir neçə ölkədəki səfiri geri çağırılıb

Azərbaycanın Argentina, Küveyt və Kubadakı səfirləri geri çağırılıb.

"NewsCafe" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb.

Sərəncamlarla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentina, eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvayda, Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Küveyt Dövlətində, Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.

Oxşar xəbərlər
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031