“Liv Bona Dea Hospital”a yeni baş direktor təyin olunub

Tural İbadlı Səhiyyə 09 avqust 2022
0
“Liv Bona Dea Hospital”a yeni baş direktor təyin olunub

10 ildən çoxdur ki, fəaliyyət göstərən "Liv Hospital Ulus"a yeni direktor təyin olunub.

"NewsCafe" xəbər verir ki, bundan sonra müvafiq vəzifəni hospitalın baş meneceri Taner Özbek icra edəcək. 

Qeyd edək ki, 29 iyun 2022-ci ildə Azərbaycanın Bona Dea Beynəlxalq Xəstəxanası ilə Türkiyənin tanınmış “LIV Medical Group” tibb şəbəkəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bununla da "Liv Bona Dea" Türkiyənin ölkə xaricində ilk xəstəxanası olaraq Azərbaycanda fəaliyyətə başlayıb. Məqsəd iki ölkənin qabaqcıl tibb qurumları arasında qarşılıqlı əməkdaşlığın, birgə fəaliyyətin artırılması, habelə Türkiyənin səhiyyə sistemində tətbiq olunan ən yeni metodların, texnikanın Liv Bona Dea Hospital vasitəsilə Azərbaycanda da tətbiqini həyata keçirməkdir. 

Hospital tibb sahəsində dünyanın ən qabaqcıl keyfiyyət standartlarından biri olan Joint Commission International (JCI) Akkreditasiya sertifikatını yüz faizlik (100%) nəticə ilə əldə edərək Avropa standartlarına cavab verən tibbi xidmətlərə malik olduğunu sübut edib.

Oxşar xəbərlər
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031