• Bakı
    23°
    1.03 m/s
  • 0
  • 0
  • 0
  • 0

Orxan Məmmədov "Zirə"nin sədri seçilib

Futbol 05 avqust 2022
0
Orxan Məmmədov "Zirə"nin sədri seçilib

"Zirə" Futbol Klubunda idarəçiliyin daha da təkmilləşdirilməsi və görüləcək işlərlə bağlı klubdaxili iclas keçirilib.

Paytaxt təmsilçisindən "NewsCafe"yə verilən məlumata görə, iclasda bir sıra mühüm məsələlər müzakirə olunub və klubun Müşahidə Şurasının yaradılması haqqında qərar qəbul edilib.

"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov Müşahidə Şurasının sədri seçilib. "AzFar Group" şirkətinin maliyyə direktoru Qabil Abdullayev, "Santral Elektrik" QSC-nin təsisçisi Fuad Rzayev, "Azərenerj" ASC-nin maliyyə departamentinin direktor müavini Fərid Cəfərov, veteran futbolçu Zaur Həşimov isə Müşahidə Şurasına üzv seçiliblər.

Oxşar xəbərlər
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031