Kəlbəcərdə həlak olan hərbçimizə şəhid statusu veriləcək

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi 05 avqust 2022
0
Kəlbəcərdə həlak olan hərbçimizə şəhid statusu veriləcək

Azərbaycan Ordusunun Kəlbəcərdə, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan hərbi qulluqçusu Əliyev Babək Əsgər oğluna şəhid statusu veriləcək.

"NewsCafe"nin "Report"a istinadən verdiyi məlumata görə, qanunvericiliyə əsasən, Babək Əliyev şəhid statusu alacaq.

Qeyd edək ki, hərbi qulluqçusu Babək Əliyev avqustun 5-də Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində əlak olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar xəbərlər
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031