• Bakı
    23°
    0 m/s
  • 0
  • 0
  • 0
  • 0

Ekspert: "Gömrük orqanlarında inqilabi yeniliklər olacaq"

Maliyyə-Biznes 03 avqust 2022
0
Ekspert: "Gömrük orqanlarında inqilabi yeniliklər olacaq"

"Gömrük orqanlarında inqilabi yeniliklər olacaq".

"NewsCafe" xəbər verir ki, bunu Azərbaycan gömrük orqanlarında son günlər baş verən kadr islahatlarını şərh edən gömrük sistemində uzun müddət brokerlik xidməti göstərən ekspert Rəhman Bayramov deyib. 

"Bu gün prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə gömrük xidməti general-mayoru Bəhruz Quliyev təyin olundu. Bir vətəndaş və 10 ildən artıqdır gömrük işi sahəsində fəaliyyət göstərən mütəxəssis kimi düşünürəm ki, bu təyinat gömrük orqanlarında inqilabi yeniliklərin başlanğıcı olacaq. Çünki Bəhruz Quliyev gənc olmağına baxmayaraq, gömrük orqanlarında kifayət qədər təcrübəyə malik və bir çox yeniliklərə imza atmış şəxsdir. Misal kimi onun Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi işlədiyi müddətdə həyata keçirdiyi bir çox dəyişikliyin şahidi olmuşuq. Bəhruz Quliyev HNBGİ-yə rəis təyin edildiyi müddətdən keçən qısa zaman ərzində demək olar ki, idarənin bütün kadr heyəti yeniləndi, idarəyə gənc və yüksək intellektə malik kadrlar cəlb olundu, vətəndaş və gömrük əməkdaşı arasında əlaqələr minimuma endirildi, ölkəyə idxal olunan malların sərhəddən keçmə prosesi xeyli sürətləndi, rüşvətə və vətəndaşı incitməyə meyilli əməkdaşlar dərhal xidmətdən kənarlaşdırıldı. Bütün bunların sayəsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsində korrupsiyanın və süründürməçiliyin kökü kəsildi. Düşünürəm ki, ölkə rəhbərliyi bütün bu müsbət halları nəzərə alaraq Bəhruz Quliyevi belə bir mühüm vəzifəyə təyin edib. Yaxın zamanlarda digər gömrük orqanlarında da Hava Nəqliyyatı gömrüyünün təcrübəsini görəcəyimiz şübhəsizdir"-deyə o, əlavə edib.

Oxşar xəbərlər
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031