• Bakı
    6.17 m/s
  • 0
  • 0
  • 0
  • 0

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Ekologiya 02 avqust 2022
0
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "NewsCafe"yə verilən məlumata görə, avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 9-14° isti, gündüz 23-28° isti olacaq.

Oxşar xəbərlər
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031