• Bakı
    6.17 m/s
  • 0
  • 0
  • 0
  • 0

"Bakı Metropoliteni" 19 şəxsə 11 min manat yardım ayırıb

Sosial təminat 13 iyul 2022
0
"Bakı Metropoliteni" 19 şəxsə 11 min manat yardım ayırıb

“Bakı Metropoliteni” QSC-də çalışan şəhid ailələri üzvləri və müharibə veteranlarını qayğı ilə əhatə etmək, müraciətlərə operativ və xüsusi həssaslıqla baxılmasını təmin etmək məqsədilə yaradılmış Metropolitendə işləyən şəhid ailələrinə və Qarabağ müharibələrinin veteranlarına yardım mərkəzinin ilk iclası keçirilib.

Bu barədə NewsCafe”yə qurumun mətbuat xidmətindən məlumat verilib.

Açıq şəkildə keçirilən müzakirələrə idarə heyətinin 7 üzvündən yalnız 6-sı və metropolitendə çalışan qazilərdən biri müşahidəçi qismində iclasın işinə qatılıb.

İlk iclasda daxil olmuş müraciətlərlə yanaşı, əvvəlki dövrlərdə müəssisənin nəzdində fəaliyyət göstərən sosial komissiyaya təqdim edilmiş ərizələrə də baxılıb. Təqdim edilən sənədlərdə bir sıra çatışmazlıqlar nəzərə alınaraq, yerli həmkarlar ittifaqı komitələrinin müraciət edənlərə sənədləşmə ilə bağlı tövsiyələr verməsi təşəbbüsünə MİHİ sədri Arif Mərdanov müsbət yanaşıb.

İclasda ərizələrə baxılmasının sürətləndirilməsi üçün təkliflər də müzakirə olunub. Bundan savayı, Mərkəzin bütün üzvlərinin may ayında keçirilmiş ümumi yığıncağında qəbul edilmiş qərarlar və səsləndirilmiş təkliflər barədə fikir mübadiləsi aparılıb.

Yekun qərara əsasən, baxılmış 22 ərizədən 19-na müsbət rəy verilib və müraciətlərə uyğun olaraq, 11 min 300 manat yardım edilib.

Mərkəzin əsas maliyyə mənbəyi “Bakı Metropoliteni” və MİHİ-nin ayırdığı təyinatlı maliyyə vəsaiti hesabına formalaşır.

Bakı metropolitenində hazırda 336 nəfər Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin üzvləri çalışır.

Oxşar xəbərlər
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031