• Bakı
    14°
    6.17 m/s
  • 1.7000
  • 1.8104
  • 0.0223
  • 0.0894
  • 2.0652

Sumqayıtda istirahət mərkəzlərindən biri cərimələnib

Tural İbadlı Əməliyyat-axtarış 08 iyul 2022
0
Sumqayıtda istirahət mərkəzlərindən biri cərimələnib

Xəzər dənizinin sahilindəki istirahət mərkəzlərindən biri cərimələnib.

Bu barədə "NewsCafe"yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil zolağında, çimərliklərdə sanitariya-gigyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.

İyulun 6-da keçirilən növbəti belə tədbir zamanı Sumqayıt şəhərində dəniz sahilində yerləşən istirahət mərkəzlərinin birində atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacasına təmizləyici qurğuların quraşdırılmaması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) maddəsinin tələbini pozduğuna görə həmin istirahət mərkəzinin vəzifəli şəxsi Turan Məmmədov barəsində inzibati xəta haqqında protokol tərtib olunub

Oxşar xəbərlər
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031