• Bakı
    4.12 m/s
  • 0
  • 0
  • 0
  • 0

Energetika 05 iyul 2022
0
RİH: Əməkdaşlarımız zar-zor 5 litr benzin tapıblar - Aİ-92 niyə yoxdur?

“Tovuz Rayon İcra Hakimiyyəti olaraq benzinlə bağlı yaranan problemdən xəbərdarıq. Özüm də şahidiyəm ki, Tovuz rayonunda dünəndən bəri Aİ-92 markalı benzin yoxdur. Yanacaqdoldurma məntəqələrinin nümayəndələrindən maraqlanmışıq. Dedilər qəza olub, guya zavodda təmir işləri gedir. Demişdilər ki, bu günün sonuna kimi benzin olacaq, ancaq hələ yoxdur. Əməkdaşlarımız zar-zor 5 litr benzin tapıblar”.

"NewsCafe" xəbər verir ki, bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq Tovuz rayon icra başçısının  müavini, İH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov deyib.

İH nümayəndəsi bildirib ki, rayonda 95 markalı benzin olsa da, 92 yoxdur: “Tovuza benzini hərə bir yerdən gətirir. SOCAR da var, Lukoil də. Ancaq heç birində benzin tapılmır”.

Oxşar xəbərlər
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031