• Bakı
    14°
    6.17 m/s
  • 1.7000
  • 1.8104
  • 0.0223
  • 0.0894
  • 2.0652

Tural İbadlı Şou 04 iyul 2022
0
“Həmin Zaur” proqramında qanun pozuntusu olmayıb” - Rəsmi açıqlama

Azərbaycan Respublikası Audiovizual Şurası “ARB” televiziya kanalında yayımlanan “Həmin Zaur” proqramı müğənni Afşin Azərinin efirdən çıxarılması faktına münasibət bildirib.

"NewsCafe" "Report"a istinadən xəbər verir ki, Şura audiovizual proqramların yayımı zamanı qanunvericiliyin pozulması hallarında hər hansı bir reaksiyanı verir.

Qeyd olunub ki, bu reaksiya açıqlama, bəyanat, xəbərdarlıq və daha sərt - hər hansı bir sanksiyanın tətbiq olunması ilə bağlı Şuranın qərarı formasında ola bilər: "29 iyun 2022-ci il tarixdə “ARB” ümumölkə yerüstü televiziya yayımçısının efirində “Həmin Zaur” proqramı zamanı aparıcı Zaur Kamal ilə efirə dəvət olunan qonaq müğənni Afşin Azəri arasında ziddiyyətli dialoq baş verib, sonra isə aparıcı qonağı efirdən çıxarıb. Azərbaycan Respublikası Audiovizual Şurasının mütəxəssisləri tərəfindən proqramın monitorinqi həyata keçirilib, yaranan xoşagəlməz hala baxmayaraq yayım zamanı qanunvericilyin pozulması faktı qeydə alınmayıb.

Oxşar xəbərlər
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031