• Bakı
    6.17 m/s
  • 0
  • 0
  • 0
  • 0

Sosial təminat 02 iyul 2022
0
"Nazirlik rəsmisi düz deyib, bir böyrəklə yaşamaq olur, Qədir Rüstəmov 60 il yaşadı" - Aqil Abbas

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyin müəyyən olunmasına dair meyarları açıqladı. İyulun 1-dən qüvvəyə minən qərara əsasən, bir böyrəyi olmayan şəxs əlil sayılmayacaq. İkinci böyrəyin ağırlaşması hallarında əlillik üçün əsas yaranacaq. Bu isə cəmiyyətdə narazılığa səbəb olub.

"NewsCafe" xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas Pravda.az-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, bu, ədalətsiz qərardır:

“Belə ədalətli qərar olmur. Bir böyrəyi çıxarılan adam həmişə dərmanla yaşayır. Müəyyən dərmanlar qəbul etməyə məcburdur. Bəs bu adam həmin dərmanın pulunu hardan alacaq? Nazirlik rəsmisi düz deyib, bir böyrəklə yaşamaq olur. Qədir Rüstəmov 60 il yaşadı. Söhbət ondan gedir ki, əgər böyrəyi çıxarılan adama əlillik verilməyəcəksə, dərman pulunu hardan tapacaq? Bu  artıq problem yaradır”.

Oxşar xəbərlər
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031