• Bakı
    6.17 m/s
  • 0
  • 0
  • 0
  • 0

"Çeburaşka"nın yaradıcısı vəfat edib

Ölüm 02 iyul 2022
0
"Çeburaşka"nın yaradıcısı vəfat edib

Keçmiş SSRİ-nin klassik animatoru Leonid Şvartsman 101 yaşında vəfat edib.

NewsCafe xəbər verir ki, bu barədə “Soyuzmultfilm”in şef-redaktoru Sergey Vladimiroviç Kapkov bildirib.

Qeyd edək ki, Leonid (əsl adı İzrail) Aronoviç Şvartsman 1920-ci il avqustun 30-da Belarusda anadan olub. O, 2002-ci ildə Rusiyanın Xalq rəssamı fəxri adına, 2017-ci ildə isə Rusiya Prezidentinin Mükafatı laureatına layiq görülüb. O, 70 cizgi filminin rejissoru, rəssamı və ssenaristidir. “Çeburaşka”, “Timsah gena” (“Krokodil Gena”), “38 tutuquşu”, “Balina, səni gözləyirəm” və s. onun məşhur filmlərindəndir.

Oxşar xəbərlər
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031