• Bakı
    23°
    1.03 m/s
  • 0
  • 0
  • 0
  • 0

“Bakcell” abunəçiləri üçün onlayn qaydada “eSIM” almaq imkanı

HiTech 01 iyul 2022
“Bakcell” abunəçiləri üçün onlayn qaydada “eSIM” almaq imkanı

“Bakcell” abunəçiləri “eSIM” əldə etmək üçün artıq onlayn qaydada müraciət edə biləcəklər.

Bir müddət əvvəl Azərbaycanda ilk dəfə olaraq “eSIM” texnologiyasını tətbiq edən Bakcell bununla bağlı daha bir yenilik edib. Mobil nömrəsi hazırda aktiv olan abunəçi esim.bakcell.com səhifəsinə daxil olub istifadəsindəki mövcud “Bakcell” nömrəsini, əldə etmək istədiyi yeni mobil nömrəni (eSIM), ad və soyadını, şəxsiyyət vəsiqəsinin nömrəsini və müvafiq FİN kodunu qeyd etməlidir.

Bu zaman ekranda əks olunan xüsusi QR kodu skan etməklə yeni “eSIM” virtual nömrəni əldə etmək mümkündür. Smartfonun eSIM texnologiyasını dəstəkləməsini yoxlamaq və xidmət barədə daha ətraflı məlumat almaq üçün esim.bakcell.com səhifəsinə keçmək lazımdır. Azərbaycanda ilk dəfə olaraq Bakcell tərəfindən istifadəyə verilmiş “eSIM” sayəsində plastik SIM karta ehtiyac qalmır. Yeni nəsil SIM texnologiyası olan “eSIM” “Bakcell” abunəçilərinə mobil şəbəkəyə qoşulmaq və rabitə xidmətlərindən istifadəni xeyli sadələşdirən yeni imkanlar yaradır.

“eSIM” vasitəsilə tək SIM kartlı smartfonlarda bir neçə nömrədən istifadə etmək mümkündür.

Oxşar xəbərlər
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031