• Bakı
    6.17 m/s
  • 0
  • 0
  • 0
  • 0

Azərbaycanda bəzi şəxslərə şərti əmək pensiyası təyinatı aparılacaq

Sosial təminat 28 iyun 2022
0
Azərbaycanda bəzi şəxslərə şərti əmək pensiyası təyinatı aparılacaq

Azərbaycanda bəzi şəxslərə şərti əmək pensiyası təyin ediləcək.

"NewsCafe"nin xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilməsi barədə sənədi imzalayıb.

Dəyişikliklə qanuna 1.0.1-1-ci maddə ilə “şərti əmək pensiyası” anlayışı əlavə edilərək qanunun 20-ci maddəsinin müvafiq maddələrində “almalı olduğu” sözləri “şərti əmək pensiyası” sözləri ilə əvəzlənir.

Bununla da gələcəkdə sözügedən maddədə nəzərdə tutulmuş şəxslərin ailə üzvlərinə təyin olunacaq əmək pensiyasının məbləğinin hesablanması mexanizmini daha da dəqiqləşdirəcək, eləcə də izafi məhkəmə çəkişmələrinin azalmasına nail olunacaq.

Qanuna əlavə edilmiş yeni maddə hər hansı bir kateqoriyadan olan şəxslərin hüquqlarının məhdudlaşdırılması və ya genişləndirilməsini nəzərdə tutmayaraq, sadəcə müvafiq maddələrin hüquqi mənasının aydınlaşdırılmasına və daha asan başa düşülməsinə hesablanıb.

Oxşar xəbərlər
Təqvim
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930