• Bakı
    22°
    7.2 m/s
  • 0
  • 0
  • 0
  • 0

Nazir: "Ağalı məktəbində çalışmaq arzusunda olan müəllimlər var"

Elm-Təhsil 21 iyun 2022
Nazir: "Ağalı məktəbində çalışmaq arzusunda olan müəllimlər var"

“Zəngilanın Ağalı kəndində açılışı olan yeni məktəbdə çalışmaq arzusunda olan müəllimlər var”.

NewsCafe xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, sentyabrın 15-də həmin məktəbdə tədrisin başlaması nəzərdə tutulub: “Həqiqət ondan ibarətdir ki, Azərbaycanın ən ucqar kəndində belə müəllim qıtlığı problemi yoxdur. Problem bacarıqlı müəllimlərimizi yerləşdirməklə bağlıdır. Təbii ki, bu, Təhsil Nazirliyi üçün yaxşı haldır. Çünki bacarıqlı insanlar çoxdur və onlar müəllim olmaq istəyirlər. İstər Ağalı kəndində, istərsə də digər ərazilərdə olan məktəblərdə müəllim qıtlığı, çatışmazlığı gözləmirik. Müəllimlərin işə qəbulu verilən vakansiyaya uyğun aparılır. Ağalı kəndindən olan və müəllimlik ixtisasına malik şəxslərin orada işə qəbuluna üstünlük veriləcək”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin açılışını ediblər. İkimərtəbəli məktəb 360 şagird yerlikdir. Ağalı kənd sakini Nərmin Həsənova isə həmin məktəbə direktor təyin olunub.

Oxşar xəbərlər
Təqvim
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930