• Bakı
    22°
    7.2 m/s
  • 0
  • 0
  • 0
  • 0

Maliyyə-Biznes 21 iyun 2022
0
Azərbaycanda şəkər tozu qonşu ölkələrdən ən azı - 200 dollar ucuzdur

Azərbaycanda şəkər tozunun qiyməti qonşu ölkələrdəki qiymətdən ən azı 200 ABŞ dolları ucuzdur.

NewsCafe”nin bazar iştirakçılarından əldə etdiyi məlumata görə, hazırda ölkəmizdə məhsulun tədarükündə heç bir problem yoxdur.

Hazırda Özbəkistanda şəkər tozunun hər tonu üçün qiyməti 1 100 ABŞ dolları, Qazaxıstanda 1 071 ABŞ dolları, Qırğızıstanda 1 100 ABŞ dolları, Rusiyada 870 ABŞ dolları, Gürcüstanda 720 ABŞ dolları, Türkiyədə 1 200 ABŞ dolları təşkil edir.

Bazar iştirakçıları bildirir ki, son bir ildə qlobal bazarda şəkər tozunun qiymətində ciddi artım müşahidə olunur:

“Araşdırmalar nəticəsində məlum olub ki, şəkər tozu bazarında kəskin bahalaşma qeydə alınıb. Mütəxəssislərin sözlərinə görə, qlobal bazarda şəkər tozu qiymətlərinin artımına dünyada baş verən pandemiya, xam neft qiymətlərinin yüksəlməsi, eyni zamanda Rusiya-Ukrayna arasında gedən müharibə səbəb olub.

Xam neft qiymətlərinin yüksəlməsi daşınma xərclərinin 66 % artmasına, təxminən 2 il davam edən pandemiya istehsalın aşağı düşməsinə, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar tədarükün azalmasına səbəb olub, bununla da şəkər tozuna tələbat artıb. Rusiya-Ukrayna münaqişəsi səbəbindən həm məhsulların xaricə çıxışı, həm də limanların və logistikanın fəaliyyətində problem yaranıb. Bu vəziyyət logistika xərclərinin artmasına və limanlarda uzun müddət gözləmələrə səbəb olub. Bunun məntiqi nəticəsi kimi şəkər tozu qiymətlərində nəzərə çarpacaq qədər artım qeydə alınıb”.

Oxşar xəbərlər
Təqvim
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930