• Bakı
    22°
    7.2 m/s
  • 0
  • 0
  • 0
  • 0

Maraqlı 15 iyun 2022
0
Prezidentin köməkçisinin atası və Çingiz Mustafayev bir arada - 36 il əvvəlki FOTO

İnternetdə Milli Qəhrəman, jurnalist Çingiz Mustafayevlə bağlı maraqlı foto paylaşılıb.
"NewsCafe" xəbər verir ki, “Çingiz Mustafayev” səhifəsindən paylaşılan bu fotoda sovet Azərbaycanında tələbə klubunun açılışı əks olunub.

“Ocaq” adlanan tələbə klubunun açılışı 1986-cı ildə olub. Fotoda Milli Qəhrəman Çingiz Mustafayev, o zaman Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqının sədri olmuş Sahib Ələkbərov, “Ozan” musiqi qrupunun rəhbəri Rasim Müzəffərli və digərləri əks olunub.
SSRİ-də Yenidənqurma prosesi başlandıqdan sonra gənclərin asudə vaxtının təşkili üçün komsomol komitələri məsuliyyət daşıyırdı. Bakıda açılan diskotekalar, tələbə klubları öz ətrafına xeyli gənc cəlb etmişdi. Çingiz Mustafayev də bu dalğanın gətirdiyi gənclərdən idi. O, TV-də proqram aparır, müxtəlif gənclər klubunda dicey kimi çalışırdı. “Ozan”qrupu da tanınmış  musiqi qrupu idi. Qrupun mahnıları bu gün də yaddaşlardadır.
Çingiz Mustafayev 1992-ci ildə Qarabağda gedən döyüşlər zamanı həlak olub. “Ozan” estrada qrupu artıq fəaliyyət göstərmir.
Sahib Ələkbərov 1952-ci ildə Səfərəliyev (indiki Samux) rayonunda anadan olub.
1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə Moskva İctimai Elmlər Akademiyasını bitirib.
Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olub.
2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 02 iyul ayının tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 01 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini təyin edilib.
Ailəlidir, üç övladı var.
Oğlu Anar Ələkbərov Prezident İlham Əliyevin köməkçisidir.

Oxşar xəbərlər
Təqvim
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930