• Bakı
    14°
    6.17 m/s
  • 1.7000
  • 1.8104
  • 0.0223
  • 0.0894
  • 2.0652

Orxan Məmmədov: "Nəinki Avropa, dünya çempionatı da Bakıda keçirilə bilər"

Tural İbadlı Futbol 15 iyun 2022
0
Orxan Məmmədov: "Nəinki Avropa, dünya çempionatı da Bakıda keçirilə bilər"

"Komanda oyundan-oyuna peşəkarlığını göstərdikcə, onlara inanmağa başladıq. Getdikcə səviyyəmizin artdığı görünürdü. Qrupdakı ilk matçda uduzsaq da, sonradan uşaqlar peşəkarlıq göstərdilər və sonda çempion olduq".

"NewsCafe"nin məlumatına görə, bunu Azərbaycan Minifutbol Federasiyasının təsisçisi Orxan Məmmədov milli komandanın Avropa çempionluğu ilə bağlı təşkil olunmuş konsert proqramı zamanı jurnalistlərə açıqlamasında deyib.

Funksioner yığmanı qəbul etdiyi üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirib: "Görüş zamanı komandanı təbrik etdi, ürək sözlərini çatdırdı və bildiyiniz kimi, komandanı mükafatlandırdı. Bu gün xalqımızla birlikdəyik və kuboku nümayiş etdiririk. Komandanın qarşısına yeni vəzifələr qoyulacaq".

O, növbəti Avropa çempionatının Azərbaycan keçirilmə ehtimalına da toxunub: "2024-cü ildəki turnir artıq təsdiq olunub. Amma bununla bağlı danışıqlar aparırıq. Nəinki Avropa, dünya çemionatı da Bakıda təşkil oluna bilər".

O.Məmmədov qeyd edib ki, minifutbolla böyük futbolu eyniləşdirmək olmaz: "Bunlar tamam başqa idman növləridir. Bilirsiniz ki, mən həm də "Zirə"nin fəxri-prezidentiyəm. Böyük futbolda legionersiz uğur qazanmaq qeyri-mümkündür. Amma biz yerli oyunçulara üstünlük verməliyik. İnfrastruktur daha da keyfiyyətli olmalıdır ki, oyunçular öz səviyyələrini göstərsinlər. Hər bölgədən istedadlı uşaqları kəşf etməli və onlara şərait yaratmalıyıq".

Oxşar xəbərlər
Təqvim
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930