• Bakı
    6.17 m/s
  • 0
  • 0
  • 0
  • 0

Sosial təminat 15 iyun 2022
0
Deputat - “Sadəcə ayıb olsun, ar olsun deyirəm. Otuz ildir yoxsul Naxçıvan camaatı..."

“Naxçıvana təyyarəyə bilet tapılmır”.

"NewsCafe" xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. O, qeyd edib ki, onlarla adam zəng edib köməklik istəyir:

“Əməlli-başlı dərəbəylikdir. Biriləri kimsənin rəyini soruşmadan bilet qiymətini qaldırır, biriləri təyyarə sayını qəsdən artırmır ki, Türkiyəyə biletlərin bahalığına görə Naxçıvan üzərindən gedilməsin, əvəzində isə yoxsul Naxçıvan camaatı zülm çəkir. 
Günlərlə kassa qarşısında növbəyə durub 20 gün sonraya belə bilet tapa bilməyən insanların halına acıyan bir səlahiyyətli şəxs varmı? 
Sadəcə ayıb olsun, ar olsun deyirəm, onsuz da otuz ildir blokadanın əziyyətini çəkir Naxçıvan camaatı, erməninin verdiyi əziyyət yetərli deyilmi? 
Təcili əlavə təyyarələr ayırın, bu məsələni dərhal həll edin. Sabah Milli Məclisdə sözümü bu mövzuda deyəcəyəm”.

Oxşar xəbərlər
Təqvim
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930