. Şahin BAğırov Səfər Mehdiyevin qohumunu işdən çıxartdı . . Məmməd Abbasbəyli: “Tenderi məmurun şirkəti deyil, rəqabətli təklif vermiş biznes qurumu udmalıdır” . . Ana qanunumuz: müasir dövrün ən mütərəqqi Konstitusiyası . . Azərbaycanda kriptovalyuta kartları ilə alış-veriş edilməsi mümkün olacaq . . Qazimiz Respublika Klinik Xəstəxanasının rəhbərliyinə minnətdarlığını bildirib .

Tural İbadlı Maliyyə-Biznes 08 iyun 2022
0
Əli Həsənova bağlılığı olan daha 4 şirkət ləğv olunur - Siyahı Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər bağlanır.
"NewsCafe" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir ki, Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan "ATOM QİDA" MMC (VÖEN -1701554201) və "DULCE Nutrition" MMC (VÖEN -–702132271), həmçinin Xətai̇ rayonu, 9-cu Əhmədli küçəsi, ev 47A ünvanında qeydiyyatda olan "Beynəlxalq Mətbuat Mərkəzi" MMC (VÖEN -–2003103531) ilə Xətai̇ rayonu, Seyi̇d Əzi̇m Şi̇rvani̇ küçəsi, ev 5A, mənzil 165 ünvanında qeydiyyatda olan "CASPİAN BEVERAGE COMPANY" MMC (VÖEN -–2005832511) ləğv olunduqlarını açıqlayıblar.
Məlumat üçün bildirək ki, daha əvvəl "ATOM QİDA" MMC-yə Əli Həsnovun ABŞ-da yaşayan oğlu Şamxal Həsənli rəhbərlik edib. Hazırda "ATOM QİDA" MMC, "DULCE Nutrition" və "CASPİAN BEVERAGE COMPANY" MMC-yə Anar Əvəzov Xudayət oğlu rəhbərlik edir. "Beynəlxalq Mətbuat Mərkəzi" MMC-yə isə Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın yaxın qohumu Vəliyev Azər Kalam oğlu rəhbərlik edir.
Onu da qeyd edək ki, ötən il Əli Həsənovun ailə üzvlərinə məxsus olan və Fikrət Əmirov küçəsi, ev 1 ünvanında yerləşən “Bakı 24” MMC, “Kaspi AZ” MMC, “Mətbuat Evi” MMC, “Golden Prince” MMC, “Global Advertisment” MMC və “Kaspi Co” MTK, həmçinin Mətbuat prospekti ev 25, mənzil 38 ünvanında yerləşən "Kaspi Food" MMC ləğv olunduğunu elan edib. Adları çəkilən bu şirkətlərə Şamxal Həsənli və Azər Vəliyev rəhbərlik edib.
@Yeniavaz.com
Oxşar xəbərlər
Təqvim
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930