. Şahin BAğırov Səfər Mehdiyevin qohumunu işdən çıxartdı . . Məmməd Abbasbəyli: “Tenderi məmurun şirkəti deyil, rəqabətli təklif vermiş biznes qurumu udmalıdır” . . Ana qanunumuz: müasir dövrün ən mütərəqqi Konstitusiyası . . Azərbaycanda kriptovalyuta kartları ilə alış-veriş edilməsi mümkün olacaq . . Qazimiz Respublika Klinik Xəstəxanasının rəhbərliyinə minnətdarlığını bildirib .

DİN-də "Formula 1" ilə bağlı əməliyyat müşavirəsi keçirilib

Tural İbadlı Daxili xəbərlər 07 iyun 2022
0
DİN-də "Formula 1" ilə bağlı əməliyyat müşavirəsi keçirilib İyunun 7-də Daxili İşlər Nazirliyində Bakı şəhərində baş tutacaq “2022 Formula 1 Azərbaycan Qran Prisi”nin keçiriləcəyi müddətdə ictimai asayişin mühafizəsinin təşkili və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında naziryanı əməliyyat müşavirəsi keçirilib.
Bu barədə "NewsCafe"yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Müşavirəni giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov Azərbaycanın son illər bir çox nüfuzlu idman yarışlarına ev sahibliyi etdiyini, daxili işlər orqanlarının belə tədbirlərdə ictimai təhlükəsizliyin və ictimai asayişin təmini sahəsində böyük təcrübə qazandığını diqqətə çatdırıb.
İyun ayının 10-12-də keçiriləcək “2022 Formula-1 Azərbaycan Qran Prisi” yarışı ərəfəsində və günləri zamanı da gücləndirilmiş iş rejimində xidmət aparacaq polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirmələrinin vacibliyini diqqətə çatdıran nazir, iştirakçıların, azarkeşlərin, ölkəyə gələn qonaqların və xarici media nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi, yarışın keçirildiyi və ətraf ərazilərdə ictimai qaydanın qorunması, buraxılış məntəqələrində təhlükəsizliyin gücləndirilməsi, eləcə də insanların rahat, maneəsiz hərəkət etmələri üçün əlverişli şəraitin təmin edilməsi barədə tələb və tövsiyələrini verib.
Oxşar xəbərlər
Təqvim
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930