• Bakı
    4.12 m/s
  • 0
  • 0
  • 0
  • 0

Ölüm 05 iyun 2022
0
Polisin həbs etdiyi vərəm xəstəsi - ÖLÜB Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrinin satışına və istifadəsinə görə əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Ceyhun Məmmədov narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb.
"NewsCafe" bu barədə DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir.
Şəxsi axtarış zamanı ondan 4 bükümdə heroin aşkar edilərək götürülüb.
O dindirilmə zamanı narkotiklərin istifadəsi və satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və C.Məmmədov DİN-in Müvəqqəti Saxlama Yerinə yerləşdirilib.
Lakin C.Məmmədovun uzun müddətdir vərəm və hepatit xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edildiyindən o, xəstəxanaya yerləşdirilib, həkimlərin səyinə baxmayaraq orada vəfat edib.
Oxşar xəbərlər
Təqvim
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930