
“NewsCafe” xəbər verir ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Xüsusi qayğıya ehtiyacı olan uşaqların gələcəyi naminə" İctimai Birliyi tərəfindən həyata keçirilir.
4 ay müddətində həyata keçirilən layihə çərçivəsində aztəminatlı ailələrin autizm və daun sindromlu övladlarına psixoloji reabilitasiya dəstəyi həyata keçirilib. Layihə müddətində ümumilikdə 20-dən çox uşağa psixoloji reabilitasiya xidməti təşkil olunub.



