• Bakı
    22°
    7.2 m/s
  • 0
  • 0
  • 0
  • 0

"Yüksək Texnologiyalar Parkı": "TEKNOFEST"də məhsullarımıza maraq böyükdür"

HiTech 27 may 2022
"Yüksək Texnologiyalar Parkı": "TEKNOFEST"də məhsullarımıza maraq böyükdür" Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-nin (YTP) “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında nümayiş etdirdiyi məhsullara maraq böyükdür".
Bunu "Report"a açıqlamasında Parkın baş direktoru Vasif Abbasov bildirib.
"Burada YTP-nin ərazisində fəaliyyət göstərən “Elm və Texnologiyalar Parkı”, “Təcrübə-Sənaye Zavodu”, “Beyt” , “Inkor”, “Proline Chemicals” və “Troniq” MMC-lər məhsullarını nümayiş etdirirlər. Məhsullar arasında kənd təsərrüfatı sahəsində monitorinq üçün nəzərdə tutulmuş pilotsuz uçuş aparatları, bitki əsaslı sürtkülər və sürtkü materialları, mineral, sənaye, mühərrik, hidravlik və transmissiya yağları, “Smart” arı yeşikləri, LED lampa üçün diod və mikrosxemlər, müxtəlif növ robot texnikası, platalar, süni intellekt məhsulları, xüsusi qatqılar, gübrələr, dərman preparatları yer alıb. Sevindirici haldır ki, bu innovativ məhsullarmıza olduqca böyük maraq göstərilir. Onlar analoqlarından bir çox xüsusiyyətlərinə görə irəlidədir, rəqabətqabiliyyətli olmaları ilə seçilir", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Təqvim
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031