• Bakı
    23°
    0 m/s
  • 0
  • 0
  • 0
  • 0

Rasim Əliquliyev: “Türkiyə və Azərbaycan prezidentlərinin dəstəyi “TEKNOFEST”in əhəmiyyətini göstərir”

HiTech 20 may 2022
Rasim Əliquliyev: “Türkiyə və Azərbaycan prezidentlərinin dəstəyi “TEKNOFEST”in əhəmiyyətini göstərir” “TEKNOFEST Azərbaycan” festivalının Türkiyədən kənarda Azərbaycanda ilk dəfə keçirilməsi Azərbaycan Prezidentinin bu sahəyə xüsusi diqqət göstərməsindən xəbər verir".
"NewsCafe" xəbər verir ki, bunu “Report”a açıqlamasında AMEA-nın vitse-prezidenti, AMEA-nın “TEKNOFEST Azərbaycan” festivalında iştirakı üzrə İşçi qrupunun sədri, akademik Rasim Əliquliyev deyib.
Onun sözlərinə görə, məhz Azərbaycanda İKT sahəsində aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, ölkə belə bir mötəbər tədbirə ev sahibliyi edir: “Texnologiya sahəsində ən son nailiyyətlərin təqdim olunacağı “TEKNOFEST Azərbaycan” festivalının ölkəmizdə keçirilməsi əlamətdar hadisə kimi qiymətləndirilməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin bu tədbirin ölkəmizdə keçirilməsinə verdiyi böyük dəstək, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST Azərbaycan”da nəzərdə tutulan iştirakı onun böyük tarixi əhəmiyyətə malik olmasının göstəricisidir. IV Sənaye İnqilabının yaratdığı yeniliklər texnoloji cəmiyyətin qurulmasını tələb edir. Məhz bu gün innovativ inkişaf yolunu tutan ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsi innovasiyaya meyilli digər ölkələrin də Azərbaycana marağını artıracaq. Həmçinin bir çox transmilli şirkətlərin Azərbaycanı regional mərkəz kimi seçməsi üçün “TEKNOFEST Azərbaycan” unikal imkanlar yaradacaq”.

Rasim Əliquliyev
Rasim Əliquliyev
R.Əliquliyev bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi müəssisə və təşkilatları tərəfindən mayın 26-29-da “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində təşkil olunacaq sərgidə AMEA-da əldə edilmiş elmi-texnoloji nailiyyətlər nümayiş etdiriləcək: “TEKNOFEST Azərbaycan”da yüksək səviyyədə təmsil olunmaq məqsədilə müvafiq dövlət qurumları, məsul şəxslər, ayrı-ayrı təşkilatlarla əlaqələr qurulub. AMEA pavilyonda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 5 institutu və Yüksək Texnologiyalar Parkının 5 rezidentinin təklif etdiyi layihələrlə təmsil olunacaq. İşçi qrup mütəmadi olaraq, sərgidə iştirakla bağlı görülən işlərə dair müzakirələr keçirir, monitorinqlər aparır. Sərgidə yer alacaq AMEA pavilyonunun strukturunun və konsepsiyasının müəyyənləşdirilməsi, qoyulmuş tələblərə uyğunlaşdırılması, texniki parametrlər və s. ilə bağlı məsələlərin diqqətdə saxlanması vacibdir və bu istiqamətdə işlərin sürətləndirilməsi önəmlidir. Akademiyada təqdim olunmuş məhsul və layihələrin sərgidə dörd gün ərzində nümayişi nəzərdə tutulur. Hesab edirəm ki, AMEA-nın bu istiqamətdə həyata keçirilən PR siyasəti ölkədə gedən proseslərə adekvat olmalıdır”.
Vitse-prezident vurğulayıb ki, “Teknofest Azərbaycan” ölkə alimləri üçün geniş innovativ imkanlar açacaq: “AMEA və onun digər institutları kimi, İnfomrasiya Texnologiyaları İnstitututu da bu prosesdən kənarda qalmamalıdır. Vətəndaşları müasir reallıqlara hazıralamaq, yeni nəsil insan yetişdirmək, təhsilin qarşısında yeni paradiqmaların ortaya çıxması və müasir texnologiyaların tətbiqi ilə təhsilin məzmununun qeyd olunan tələblərə uyğunlaşdırılması istiqamətində pedaqoji fəaliyyətlə məşğul olan qurumlar və AMEA-nın müvafiq institutları birgə fəaliyyət göstərməlidir”.
Oxşar xəbərlər
Təqvim
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031