• Bakı
    22°
    7.2 m/s
  • 0
  • 0
  • 0
  • 0

Tahir Gözəl: "Qarabağ"dan qazandıqları pullarla çox gözəl yer düzəldiblər"

İdman 19 may 2022
0
Tahir Gözəl: "Qarabağ"dan qazandıqları pullarla çox gözəl yer düzəldiblər" "Buranın açılışında gələ bilməmişdim. Çox sevinirəm ki, "Qarabağ"dan qazandığı pulları, imkanları təzədən ölkəmizə, Vətənimizə ciddi şəkildə yatırım edərək, çox gözəl yer düzəldiblər".
"NewsCafe" xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl baş məşqçisi Qurban Qurbanova məxsus “My Class” Fitness & Spa mərkəzi” ilə tanış olduqdan sonra deyib.
Funksioner məkanı çox bəyəndiyini söyləyib: "Qurban Qurbanovu təbrik edirəm, çox gözəl yer düzəldiblər. Qurban müəllimin bütün həyatı idman və sağlamlıqla keçib. Bakıda idman salonu, sauna və hamamı olan məkan görə bilərsiniz. Amma hamısının birlikdə olduğu kompleks məkanlar çox nadirdir. Bura xeyli zəhmət qoyulub. Mən inşaatla məşğul olduğuma görə bunu yaxşı başa düşürəm. Ən önəmlisi odur ki, burada gözəl infrastruktur var. Havalandırma, isitmə sistemi, suyun təmizliyi əladır".
T.Gözəl mərkəzin beynəlxalq standartlara cavab verdiyini bildirib: "Çox bəyəndim. Hamımız müasir dövrdə böyük streslərə düçar oluruq. İnsan isə sağlamlığına çox diqqət yetirməlidir. Hesab edirəm ki, bu cür yerlər insanlara yeni mədəniyyət və anlayış gətirir. Burada çox gözəl VİP zallar və otaqlar gördüm. Qurban Qurbanovu dəstəkləyirəm, onunla fəxr edirəm. "Qarabağ" bir ailədir. Qurban müəllimə xeyirli olsun deyirəm. Çox sevindim".
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031