• Bakı
    23°
    7.2 m/s
  • 0
  • 0
  • 0
  • 0

Fərdi 12 may 2022
Mədət Quliyev gimnastlarla bir arada - FOTO Müdafiə sənayesi naziri, Milli Qəhrəman, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyevin aprelin Bakıdakı bədii gimnastika üzrə Dünya Kubokunda 1 qızıl, 1 gümüş medal qazanan qrup hərəkətləri üzrə yığma komanda üzvləri ilə görüşüb.

"NewsCafe"nin Nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva da iştirak edib.

M.Quliyev qrup hərəkətləri üzrə yığma komandanın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinanı “Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.

Tədbirdə həmçinin Azərbaycan Gimnastika Federasiyasının bədii gimnastika üzrə yığma komandasının məşqçiləri Siyana Vasileva, Səbinə Qaratova, hakim Yevgeniya Vilyayeva, baş xoreoqraf Kamil Quliyev və baş katib Nurlana Məmmədzadəyə də yubiley medalları təqdim olunub.

Daha sonra çıxış edən nazir ölkədə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. O qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə gəlişindən sonra gimnastika sahəsində qısa müddət ərzində yüksək uğurlar əldə olunub. M.Quliyev qrup hərəkətləri üzrə yığmanın Dünya Kubokunda qızıl və gümüş medallar qazanmasını bu uğurların nəticəsi kimi dəyərləndirib.

Görüşün sonunda nazir gimnastların ona ünvanladığı suallarını cavablandırıb, keçdiyi həyat yolundan maraqlı məqamları bölüşüb.
























Oxşar xəbərlər
Təqvim
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031