• Bakı
    23°
    7.2 m/s
  • 0
  • 0
  • 0
  • 0

HiTech 12 may 2022
“Bakcell”dən Azərbaycanda növbəti ilk - VİDEO Bakcell şirkəti Azərbaycanda ilk dəfə olaraq ən müasir səs texnologiyasını istifadəyə verib. Bu VoLTE (Voice over LTE) texnologiyasıdır.
VoLTE smartfon istifadəçilərini daha sürətli, aydın və kəsintisiz səs xidmətləri ilə təmin edir.
Bu ən müasir səs texnologiyası Bakcell abunəçiləri üçün əlavə imkanlar da yaradır. Belə ki, bundan sonra eyni vaxtda həm telefonla danışmaq, həm də LTE şəbəkəsində internetdən tam şəkildə yararlanmaq mümkün olacaq. VoLTE texnologiyası smartfon batareyasının qənaətlə istifadəsinə də təsir göstərir.
“Bakcell”in VoLTE xidməti işğaldan azad olunmuş ərazilərimiz daxil olmaqla bütün ölkə ərazisində mövcuddur. Şuşada, Cıdır düzündə və Qarabağın digər ərazilərində quraşdırılmış yüksək keyfiyyətli LTE şəbəkəsi sayəsində Bakcell abunəçiləri bu xidmətdən istifadə edə biləcəklər.
Mobil telefonun VoLTE texnologiyasını dəstəkləməsini *303#YES kodunu yığmaqla yoxlamaq olar.
Ətraflı məlumat volte.bakcell.com səhifəsində yerləşdirilib.
2021-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb. Bu gün Bakcell şəbəkəsi 9 minə yaxın baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin isə 92.6%-ni əhatə edir.
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.
Oxşar xəbərlər
Təqvim
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031