• Bakı
    23°
    7.2 m/s
  • 0
  • 0
  • 0
  • 0

Səhiyyə 11 may 2022
Bakıda çörəyin içərisindən bolt çıxıb - araşdırmalara başlanılıb Bakıda tanınmış marketlərin birində “Çörəkçi” adı ilə satılan məhsulun içərisindən dəmir parçaları - “bolt-qayka” çıxıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı məlumat mediadan götürülərək araşdırılması üçün AQTA-da aidiyatı üzrə yönləndirilib.
Qeyd olunub ki, araşdırmalar aparılacaq və araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək: "Vətəndaşlardan xahiş edirik ki, bu kimi hallarla rastlaşdıqda konkret faktları - məhsulun adı, istehsalçısı, satış obyekti, istehsal tarixi və s. göstərməklə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər".
Oxşar xəbərlər
Təqvim
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031