Tural İbadlı Sosial təminat 30 aprel 2022
0
“Yağın qiymətində artım gözlənilmir” - Əhaliyə çağırış

“Azərbaycanda yağ məhsulları - istər duru, istərsə də kərə yağı məhsullarının qiymətində artım gözlənilmir”.

Bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Qafqazinfo”ya “Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın hadisəsi nəticəsində ölkədə yağ məhsullarının defisitinin ola biləcəyinə dair məlumatları şərh edərkən bildirib.

O, vurğulayıb ki, yanğınla bağlı böyük bir dezinformasiya var:

“Məndə olan məlumata görə, demək olar ki, anbarda saxlanılan yağ kütləsi yanmayıb”. Eyyub Hüseynov xatırladıb ki, Azərbaycanda dünyadakı hərbi-siyasi durumla bağlı neçə aydır ki, ərzaq təhlükəsizliyi ilə bağlı hazırlıqlar gedirdi: “Düşünürəm ki, yağ defisiti gözlənilmir. Əhalini izafi, istehlak etdiklərindən artıq yağ məhsulları alaraq, köhnə yağları evlərinə yığmamağa çağırıram. Yağ məhsulları - istər duru, istərsə də kərə yağı məhsullarının qiymətində artım gözlənilmir”.

Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930