• Bakı
    5.14 m/s
  • 1.7000
  • 1.8517
  • 0.0242
  • 0.0903
  • 2.0755

Daxili xəbərlər 27 aprel 2022
0
Kmran Əliyevdən yeni təyinatlar - prokuror, şöbə müdiri

Bakı şəhərinə yeni prokuror təyin edilib.

"NewsCafe" xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elşən Abbasov Bakı şəhər prokuroru təyin olunub.

E.Abbasov bu təyinatadək Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəisi vəzifəsində çalışırdı. 

Kamran Əliyevin digər əmri ilə Baş prokurorun böyük köməkçisi Tural Aslanov Təşkilat və icraya nəzarət idarəsi təyin olunub.

Baş prokuror Kamran Əliyevin digər əmri ilə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinə yeni rəis təyin olunub.

Əmrə əsasən, bu vəzifəyə Rövşən Abdullayev təyin edilib.

Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930