• Bakı
    6.17 m/s
  • 0
  • 0
  • 0
  • 0

“Azerçay” tərəfindən keçirilən lotereyanın qalibinə avtomobil təqdim olunub - FOTO

Sosial təminat 22 aprel 2022
0
“Azerçay” tərəfindən keçirilən lotereyanın qalibinə avtomobil təqdim olunub - FOTOAzerçay” markası tərəfindən təşkil edilən “Doğma çayınızdan qazandıran lotereya”-nın Novruz tirajının qalibinə avtomobili təqdim olunub.
"NewsCafe" xəbər verir ki, qalib kuponun sahibi olan Ağsu rayonu Gəgəli kənd sakini Əliheydər Cəbrayılova lotereyadan qazandığı Nissan X-Trail markalı avtomobili yaşadığı rayonda “Azerçay” əməkdaşları tərəfindən təhvil verilib. Daimi alıcısı olduğu markanın belə möhtəşəm hədiyyə ilə ailəsinə sevinc qatdığını bildirən Əliheydər Cəbrayılov, onlara yaşadılan bu sevinc üçün və hər zaman istehlakçıları diqqət mərkəzində saxladığı üçün şirkət rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, doğma çay tərəfindən keçirilən stimullaşdırıcı lotereyalar ərzində qalib kupon sahibi olan istehlakçılar müxtəlif növ məişət avadanlıqları və möhtəşəm hədiyyə olan Nissan X-trail avtomobilləri əldə ediblər. “İlin qazananı sən ol” lotereyasında iştirak etmək isə çox asan olub. Belə ki, “Azerçay”ın 250 və 450 qramlıq “Buket”, “Klassik”, “Pekoe” və yeni çeşid “Gül Bağçası” məhsullarını alaraq qutularının qapağının altındakı şifrəni ad, soyad və yaşayış yeri ilə birlikdə Azercell və Bakcell nömrələrindən 8825-ə göndərməklə lotereyeda iştirak etmək hüququ əldə olunub. Lotereyanın nəticələri canlı yayımda, mətbu orqanlarda, sosial media platformalarında və dogmacay.az saytında elan edilib.




Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930