• Bakı
    22°
    7.2 m/s
  • 0
  • 0
  • 0
  • 0

Rəşad Nəbiyevə yeni vəzifə verilib

Fərdi 14 aprel 2022
0
Rəşad Nəbiyevə yeni vəzifə verilib Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyevə Beynəlxalq Cüdo Federasiyasında (İJF) yeni vəzifə verilib.
"NewsCafe" İJF-nin rəsmi saytına istinadən xəbər verir ki, o, ali cüdo qurumu nəzdindəki Yeni Texnologiya və Yüksək Keyfiyyət Komissiyasının sədri təyin olunub.
Komissiya daha yüksək nəticələrə imkan yaratmaq üçün müasir texnologiyalar, onların idmançıların mənafeyi naminə uyğunlaşdırılması və tətbiqi ilə məşğul olacaq.
Komissiyanın direktoru gürcüstanlı idmançı, məşqçi və menecer kimi cüdoda iş təcrübəsinə malik David Kevxişvili olacaq.
Sədr və direktor cüdonu inkişaf etdirəcək, bu növün inkişafına yardımçı olacaq, onu idmançıların fərdi irəliləyişi, elə də cəmiyyətin xeyrinə müasir vasitə kimi inteqrasiya etdirəcək.
Qeyd edək ki, Rəşad Nəbiyev ACF prezidenti vəzifəsinə 2021-ci il noyabrın 1-də seçilib.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930