• Bakı
    22°
    7.2 m/s
  • 0
  • 0
  • 0
  • 0

“Facebook”da işə başlayan azərbaycanlı gəncə şirkət corab hədiyyə edib

HiTech | Sosial 07 aprel 2022
“Facebook”da işə başlayan azərbaycanlı gəncə şirkət corab hədiyyə edib Azərbaycanlı gənc Emin Quliyev ABŞ-ın çoxmillətli korporasiyalarından olan “Meta”da Baş proqram mühəndisi vəzifəsində işə başlayıb.
NewsCafe” xəbər verir ki, bu barədə o özü məlumat verib.
E.Quliyev qeyd edib ki, fəaliyyətə başlaması münasibəti ilə “Meta” ona bir cütü ağ, o biri isə qara olmaqla 2 cüt corab hədiyyə edib.
Corabların üzərində isə “Hər bir səyahət ilk addımdan başlayır və hər bir ortaqlıq bir səslə başlayır. “Meta”da icma yaratmaq üçün addım atmaq budur”.
Münhen Texniki Univestitetini bitirən E.Quliyev bu təyinata qədər “Microsoft”, “Amazon” və “Delivery Hero” şirkətlərində müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, “Facebook” bir müddət öncə rebrendinq edərək “Meta” adlanıb və hazırda bu şirkətin “Facebook”, “Messenger”, “Instagram” və “WhatsApp” tabeliyindədir.
Ötən ilin sonuna olan məlumata görə, “Meta”nın əməkdaşlarının ümumi sayı 72 minə çatır.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930