. Azərbaycanın İKT sektoru 2023-cü ildə - İCMAL . . . Azyaşlı üzərində icra edilən torakal cərrahiyyə əməliyyatı uğurla başa çatıb . Azərbaycanlı alim Ümumdünya Fəlakətlərin İdarə Edilməsi Konqresinə dəvət edilib . Zəfər seçkisi . . Şahin Bağırov Səfər Mehdiyevin qohumunu işdən çıxartdı . .

Vladimir Jirinovski ölüb

Tural İbadlı Ölüm 06 aprel 2022
0
Vladimir Jirinovski ölüb Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski ölüb.
"Newscafe" xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
O, 75 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Vladimir Volfoviç Edelşteyn 1946-cı il aprelin 4-də Qazaxıstanın Almatı şəhərində anadan olub. Atası Volf İsaakoviç Edelşteyn (1907-1983) milliyətcə - yəhudi, anası Aleksandra Pavlovna Makarova isə milliyyətcə - rus olub. 1964-cü ildə Vladimir "Jirinovski" soyadını götürüb.
O, orta təhsili Astana şəhərində alıb. 1964-1970-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində olan Qərb Dilləri Universitetinin "Türk dili və ədəbiyyatı",1972-1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti hüquqşünaslıq fakültəsində təhsil alıb.
1990-cı ildə LDPSS-nin (Sovet İttifaqının Liberal Demokrat Partiyası) üzvü olub. 1992-ci ildə Vladimir Jirinovski Rusiya Liberal Demokrat Partiyasının əsasını qoyub. 1993-2000-ci illər arasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı və LDPR fraksiyasının lideri olub.
2000-ci il yanvarın 18-də Rusiya Dövlət Dumasının sədr müavini seçilib. 2011-ci ildə isə yenidən LDPR fraksiyasının Dumadakı liderinə çevrilib. Ümumilikdə Vladimir Jirinovski Rusiya Federasiyası Dövlət Dumasının 8 çağırışından 8-ində (1993, 1995, 1999, 2003, 2007, 2011,2015,2019) iştirak edib və 3 çağırışda (1999-2011) sədr müavini seçilib. O, bir neçə dəfə Rusiya prezidentliyinə namizəd olub.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930