• Bakı
    22°
    7.2 m/s
  • 0
  • 0
  • 0
  • 0

Partlayışda yaralananlardan biri vəfat etdi

Ölüm | Sosial 06 aprel 2022
0
Partlayışda yaralananlardan biri vəfat etdi Bakıda “Location” gecə klubunda yaralananlardan biri vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızıdır.
O, 5 nömrəli şəhər kliniki xəstəxanasında müalicə alırdı.
Baş Prokurorluğun mətbuat xidmətindən faktı saytımıza təsdiqləyiblər.
Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930