• Bakı
    6.17 m/s
  • 0
  • 0
  • 0
  • 0

İcra başçısı vətəndaşların problemlərini dinləyib

Sosial | Siyasət 06 aprel 2022
0
İcra başçısı vətəndaşların problemlərini dinləyib ⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
Xol Qaraqaşlı İƏD Nümayəndəsi çıxış edərək Xol Qaraqaşlı İnzibati Ərazi Nümayəndəliyi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Səyyar görüşdə çıxış edən şəhid Məlikov Mahmudun atası və RİH aparatı yanında İctimai Şuranın sədri Təhmasib Məlikov, Xol Qaraqaşlı kənd tam orta məktəbinin direktoru Rühəngiz Nəcəfova, Neftçala rayon Mədəniyyət Mərkəzinin direktoru Gülər Mirzəyeva ölkəmizdə cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri nəticəsində aparılan yenidən qurma işlərindən, Sərəncam və Fərmanlar haqqında iştirakçıları məlumatlandırıblar və 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən sonra işğaldan azad olunan ərazilərdə aparılan yenidən qurma işlərindən danışıblar.
Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından və Rayon ərazisində aparılan abadlıq quruculuq işləri, Kür çayının mövcud vəziyyəti haqqında məlumat verib.
Səyyar qəbulda əsasən elektrik xətlərinin yenilənməsi, dövlət tərəfindən şəkərli diabet xəstələrinə verilən dərmanların yerli tibb məntəqələrində əhaliyə verilməsi, əkin suvarmasında növbəlilik prinsipinin qorunması, suvarma kanallarının təmizlənməsi, yol hərəkət nişanlarının qurulması, rabitə və telekomunikasiya infrasturkturunun yaxşılaşdırılması və digər təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, Neftçala RİHB-nın səyyar qəbulu Neftçala rayonun qəsəbə və kəndlərini tam əhatə edəcək.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930